Almalı pankeyk

Ana namizədlərinin bilməsi olan ən vacib məsələlərdən biri odur ki, körpənizə verəcəyiniz hər bir ərzaq, onun sağlamlığına fayda verməlidir. Zərərli olan bir sıra ərzaqlardan uzaq olmaq vacibdir. Körpəyə vaxtaşırı təbii şəkildə yetişən alma verildikdə, onun sümük və əzələ inkişafı üçün çox faydalı olmasını bilməlisiniz. Verilən bir qaşıq alma ilə körpənizin mədə pozğunluğu aradan qalxır. Unutmayın ki, sağlam qidalanan körpənin inkişafında heç bir problem yaşanmır. Almanın, boy uzanmasına çox faydalı olması da artıq hər kəsə melumdur. Bu qədər çox faydalı olan bir meyvə mətbəxinizdən əskik edilməməlidir.
Körpələr alma yeyə bilərmi?
Davamı →

Kartoflu omlet

Yumurta ən dəyərli protein mənbələrindən biridir. İlk əvvəl körpələrə yalnız yumurta sarısı verilir. Səbəb, yumurta ağının tərkibində daha çox protein olduğu üçün allergiya potensialı daha yüksəkdir. Yumurta alergiyasi, yumurta və ya yumurta tərkibli qidaları yedikdən bir neçə dəqiqə və ya saatlar sonra, dəridə qızartı, qusma və ishal ilə ortaya çıxır. Yumurta yaxşı bişməyibsə, yumurta tərkibində ola biləcək salmonella bakteriyası insana ötürülə bilər. Buna görə də yumurtanın yaxşı bişirilməsinə diqqət edin.

Davamı →

Uşaqlar üçün ən faydalı 10 qida

Qidalandırıcı və balanslı qidalanma uşaqlarınızın sağlamlığını qoruya bilər. Böyüyən kiçik bədənlərin xüsusi vitamin və minerallara ehtiyacı vardır. Ancaq bəzən ailələr uşaqlarına sağlam yemək yedirtməkdə çətinlik çəkirlər.

Bəzi ləzzətli yeməklər uşaqların aktiv həyat tərzləri üçün zəruri olan hər şeyi təmin etməyə kömək edir. Uşaqların qidalanmasında mühüm yer tutan 10 super yemək aşağıdakılardan ibarətdir:

1. Şirin kartof: Bu sağlam və ləzzətli tərəvəz kalium, C vitamini, lif, folat, A vitamini, kalsium və dəmir ehtiva edir. Dünyadakı ən bəsləyici yeməklərdən biri olan şirin kartof şəkər xəstələri üçün də yaxşı bir seçimdir, çünki qan şəkərini balanslaşdırmağa kömək edir.

2. Brokoli: liflə dolu olan brokoli inkişaf etməkdə olan uşaqlar üçün ən yaxşı qidalardandır. Brokoli, eyni zamanda, vitamin və minerallarla zəngindir. Uşağınızın görməsinə və hüceyrə zədələnməsindən qorunmasına kömək edir. Brokolini çiy yeməklə uşaq, inkişafı üçün zəruri olan bütün maddələri qazanır. Əgər uşağınız brokoli sevmirsə, gizlicə yeməklərinə qata bilərsiniz. Yaxud da onu az yağlı salata əlavə edə, bununla da uşaqlarınıza bu tərəvəzi sevdirə bilərsiniz.


Ardı →